Cənubi Koreya ilə Yaponiya arasında gərginlik yaşanır

  • By admin
  • 20 İyun 2018 00:40

Yaponiyanın Xarici İşlər Nazirliyi Yapon dənizində yerləşən Takeşima adalarında təlimlərə görə Cənubi Koreyaya etirazını bildirib.

Gununsesi.info NHK telekanalına istinadla xəbər verir ki, Cənubi Koreyaya məxsus olan, lakin Yaponiyanın da iddia etdiyi adaların ətrafında iki günlük təlimlər iyunun 18-də başlanıb.

Rəsmi Seulun məlumatına görə, təlimlərin ssenarisi bu adalara əcnəbi qüvvələrin çıxmasına qarşı hazırlanıb. Təlimlərdə Cənubi Koreyanın hərbi-dəniz qüvvələrinin, dəniz piyadalarının və sahil mühafizəsinin 6 hərbi gəmisi və 7 təyyarəsi iştirak edir.

Cənubi Koreya kütləvi-informasiya vasitələrinin bildirdiyinə görə, təlimlərə esmines, kəşfiyyat təyyarəsi və F-15 qırıcıları da qatılacaq.

Cənubi Koreya bu təlimləri ildə iki dəfə keçirir.