Cənubi Koreya sahillərində batmış balıqçı gəmisi aşkar edilib

  • By admin
  • 21 Yanvar 2018 12:05

Cənubi Koreya sahillərində Çinə məxsus batmış balıqçı gəmisi aşkar edilib.

Gununsesi.info xəbər verir ki, gəminin aşkar edilməsindən sonra yerli vaxtla ötən gün saat 23:00-da Cənubi Koreya tərəfi axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Pennyondo adasının sahillərində aşkar batan gəmini hava şəraitinin pis olması səbəbindən quruya çıxarmaq mümkün olmayıb. İndiyədək gəminin nə vaxt və hansı səbəbdən qəzaya uğramasını müəyyənləşdirmək mümkün olmayıb. Xəsarət alanlar və həlak olanlar barədə məlumat daxil olmayıb.

Gununsesi.info