Cənubi Koreyada koronavirus peyvəndi pulsuz olacaq

  • By admin
  • 11 Yanvar 2021 11:37

Koreya Respublikası hökuməti ölkənin bütün vətəndaşlarını COVID-19-a qarşı pulsuz peyvəndlərlə təmin edəcək. Vaksinasiya fevral ayından başlayacaq.

“İnterfaks”ın məlumatına görə, bu barədə prezident Mun Çje İn bəyan edib.

“Hökümət, prioritetlərə uyğun olaraq bütün vətəndaşların pulsuz vaksinasiyasını təmin edəcək”, – deyə o bildirib.

Cənubi Koreya prezidenti 2021-ci ilin ölkənin koronavirus böhranından “sağalma ili” olacağını əlavə edib.

Ötən ilin dekabr ayında Seul “Pfizer” və “Janssen” şirkətləri ilə koronavirus peyvəndlərinin tədarükü barədə müqavilələr imzalayıb. Anlaşmaya uyğun olaraq “Pfizer” 10 milyon, “Janssen” 6 milyon insan üçün preparat göndərəcək.

Daha sonra Cənubi Koreya prezidentinin ofisi “Moderna”nın ölkəyə 20 milyon insan üçün koronavirus peyvəndi verəcəyini açıqlayıb.

Gununsesi.info