Cəsarətin varsa debata çıxaq -SAAKAŞVİLİDƏN İVANAŞVİLİYƏ ÇAĞRIŞ

  • By admin
  • 28 Oktyabr 2021 21:12

Saakaşvili İvanişviliyə müraciət edərək debata çağırdı

 

Həbsdə olan eks-prezident Mixeil Saakaşvili Bidzina İvanişviliyə müraciət ünvanlayıb.
Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, onun bu müraciəti şəxsi facebook səhifəsindən yayımlanıb.
Müraciətdə Saakaşvili bu günkü mitinqdə İvanişvilini debata çağırıb: “İvanişviliyə müraciət edirəm – pəncərələrimi bağladın, telefonumu aldın, nəinki bir tək məhkəməyə, hətta adi xəstəxanaya belə aparmağa qorxursunuz.
Əgər həqiqətən də cəsarətin olsaydı, məni bu gün keçirdiyin pullu mitinqə çıxarıb, gətirdiyin insanların qarşısında mənimlə debat edərdin”, – deyə Saakaşvili qeyd edib.