“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı heç bir irəliləyiş yoxdur” - OMBUDSMAN

  • By admin
  • 13 Noyabr 2017 13:28

“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışılıb. Amma heç bir irəliləyiş yoxdur. Belə olsa, onlar üçün də yaxşı olar. Məsələn, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bir sıra təkliflərlə çıxış edərək deyib: “Şəhid ailələrinə verilən sığortaların ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin, regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu həm insanların öz hüquqlarını müdafiə etmək, həm də bəzi məmurların özbaşınalığının qarşısını almaq üçün dəyərli olardı”.

Gununsesi.info