
Netanyahu-İdris Debi görüşü yeni diplomatik üfüqlər yaradır
Orta Afrika ölkəsi olan Çad lideri Məhəmməd İdris Debi İsrailə səfər edərkən Baş nazir Binyamin Netanyahu ilə görüşüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dialoq zamanı 5 il öncə iki ölkə arasında diplomatik münasibətlərin təsis edilməsindən sonra İdris Debi İsraildə səfirlik açacaqlarını bildirib.
Səfirlik binasının İsrailin hansı şəhərində açılacağı dəqiq bilinmir.
İdris Debi iki ölkənin münasibətlərinin bir dönüş nöqtəsində olduğunu söyləyib. Çad Prezidenti sədər zamanı Məscidi-Əqsada İsrail polisinin mühafizəsi altında namaz qılıb.
Netanyahu isə açıqlamasında Afrikanın qəlbindəki böyük bir ölkə ilə münasibətlərə son dərəcə önəm verdiklərini dilə gətirib.
İsrail rəsmisi səfirlik açılması qərarının bunun bir təsdiqi olduğunu bildirib.
Arzu