Çağatay Ulusoy 250 min dollar xərclədi - FOTOLAR

  • By admin
  • 13 İyul 2017 11:38

C79KjVnW4AQladZ

“İçərdə” serialının məşhur aktyoru Çağatay Ulusoy yaxta alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə dostu Kıvanç Tatlıtuğun yaxtası ilə balıq ovuna çıxan Çağatay Ulusoy bundan həvəslənərək ikinci əl olan yaxta alıb.

Belə ki, uzunluğu 16 metr olan “Atlantis” adlı yaxtaya Ç.Ulusoy 250 min dollar xərcləyib.

İyulun 12-də Yaxta klubun həyətində masa arxasında əyləşib yemək yeyən aktyor jurnalistlərin orada olduğunu görüncə kefi pozulub. Ç.Ulusoy məkanın ofissiantlarından fotoların çəkilməsinə mane olmalarını xahiş edib.

Bir müddətdən sonra o, məkanın içinə daxil olub. Ç.Ulusoy hətta jurnalistlər bilməsin deyə, yaxtasına yaxınlaşmayıb. Hava qaraldıqdan sonra o, yaxtasına daxil olub.

06

07

Anar

Gununsesi.info