Çağırışa gedən polis qorxunc mənzərə ilə qarşılaşdı: Yük maşınında cansız bədənlər…

  • By admin
  • 29 Fevral 2024 13:25

Cənubi Amerika ölkəsi Ekvadorun Orellana əyalətində yük maşınının yatağında 7 nəfərin cəsədi tapılıb.

Gununsesi.info xəbər verir ki, səlahiyyətlilər hadisəni aydınlaşdırmaq üçün araşdırmalara başlayıb.

Yerli mətbuatda yer alan xəbərə görə, əyalətin Joya de los Sachas qəsəbəsində ihbar üzərinə yük maşınının kuzovunda axtarış aparan polis 7 nəfərin cəsədini tapıb. Araşdırmalar nəticəsində sözügedən şəxslərin güllələnərək öldürüldüyü müəyyən edilib.

Orellana əyalətinin polis rəisi Henri Koral açıqlamasında məsuliyyət daşıyanların tutulması üçün genişmiqyaslı əməliyyatların aparılacağını bildirib. Dövlət prokurorluğu da hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Gununsesi.info