Cahangir Əsgərov Londondakı ailə şirkətlərinin adını dəyişib - FOTOLAR

AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar.

Gununsesi.info bildirir ki, bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli yazıb: “Belə demək mümkünsə, Əlinin adını Vəliyə, Vəlinin adını Əliyə veriblər.

HTML tutorial
Söhbət ilk növbədə 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan GAZELLI ART HOUSE LIMITED-dən gedir. Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da GAZELLI ART HOUSE LIMITED-in adı MRCR ART LIMITED olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova MRCR ART LIMITED adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə GAZELLI ART HOUSE LIMITED (!) olaraq dəyişdirilib. Bu sadə hoqqabazlıq deyil. İki şirkətin adında dəyişikliklər rakirovkadırmı, yoxsa “maskirovka”mı bəlli deyil. Bəlkə öz ağıllarına görə iz qarışdırırlar”.
Gununsesi.info