“Premium Bank”ın İdarə Heyətinin sədri Kamil Lətifov bankdan ayrılıb.
Bu barədə Gununsesi.info-ya bankdan bildirilib.
Qeyd edilib ki, Kamil Lətifov öz təşəbbüsü ilə vəzifəsindən ayrılıb. Hələlik bankın İdarə Heyətinə yeni sədr təyinatı olmayıb. Səhmdarların yeni qərarına kimi sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edəcək.
Məlumat üçün deyək ki, “Premium Bank” 1993-cü ildə yaradılıb. Bankın səhmlərinin 84,5%-i AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərova, 15,22%-i “VIP Aviation Services” MMC-yə, 0,32 %-i isə Elvira Əhmədovaya məxsusdur.














