AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifəyə seçilib.
Məlumata görə, o, “Caspian Energy Club”ın İdarə Heyətinin yeni tərkibində yer alıb.
Qeyd edək ki, Zərifə Həmzəyeva “Gazelli Group” MMC-nin rəhbəridir. Sözügedən MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 milyon 32 min manat olan “Gazelli Group”un qanuni təmsilçisi Nərmin İsmayılovadır. Eyni zamanda, Zərifə Həmzəyeva “Premium Bank” ASC-nin əsas səhmdarıdır.
Gununsesi.info