
Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına etap edilib.
Bu barədə Gununsesi.info-ya Hacıyevin yaxınları bildirib.
Onların sözlərinə görə, Hacıyevin təcridxanaya köçürülməsi həbsdəki sabiq deputat Dünyamın Xəlilovun yeni cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilməsi ilə bağlıdır.
Belə ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dünyamın Xəlilovun cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Afət Abbasova
Gununsesi.info