Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinni sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMCMİ) məhkəməyə verib.
Gununsesi.info Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıcov məlumat verib. Onun sözlərinə görə, BMCMİ Əminə Hacıyevanın ölkədən çıxışına qadağa qoyub. “İdarədən bildirirlər ki, guya Beynəlxalq Bankdan kredit götürən şirkətlərdən birinin təsisçisi Əminə Hacıyevadır. Bu səbəbdən də onun ölkədən çıxışı məhdudlaşdırılıb. Ancaq biz reyesterdən çıxarış verərək sübut etmişik ki, həmin şirkətin təsisçisi Əminə Hacıyeva deyil. Buna baxmayaraq, onun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı qərar dəyişmir” – deyən A.Layıc bildirir ki, qərarın qanunsuz heab edilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət ediblər.
Qeyd edək ki, C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirək həbs edilib və hazırda məhkəmə istintaqı davam edir.