Cahangir Hacıyevin bacısı: “Qardaşımın taleyi İlham Əliyevdən asılıdır”

  • By admin
  • 06 Mart 2023 10:40

“Biz də eşitmişik ki, bu il “Heydər Əliyev ili” münasibəti ilə böyük əfv sərəncamı imzalanacaq. Hər il olduğu kimi bu il də ümid edirik ki, Cahangir azadlığa çıxacaq”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva bildirib.

Qardaşının Azərbaycan dövlətinə, məhrum Heydər Əliyevə və indiki ölkə rəhbərinə sadiq olduğunu vurğulayan Əminə Hacıyeva bildirib ki, Cahangir Hacıyevi qabiliyyətinə görə Heydər Əliyev irəliyə çəkib: “Heydər Əliyev onu şəxsən çağırıb, işə təyin edib. Bunu heç kəsin xahişi olmadan edib. Çünki, Cahangir qardaşım olsa da çox bilikli, istedadlı insandır. Bir neçə ildir ki, o həbsdə qalır. Biz onun azadlığının İlham Əliyevin iradəsindən , humanistliyindən asılı olduğunu düşünürük. Mən bacı kimi ümid edirəm ki, cənab Prezidentimiz qardaşıma azadlıq bəxş edəcək”. 

 

Mətləb Yaqublu

Gununsesi.info