Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib - RƏSMİ

  • By admin
  • 23 İyun 2016 16:33

Cahangir Hajiyev

 

“Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib.

 

Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulmasi faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupu məlumatında bildirilir.

 

Məlumatda qeyd olunur ki, “Beynəlxalq Bank işi” ilə bağlı C. Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq  maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub.