Cahangir Hacıyevin məhkəməsi başladı - Prosesdə Cəmil Həsənli də iştirak edir

  • By admin
  • 26 Avqust 2016 11:25

cahan

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digər şəxslərin cinayət işi üzrə məhkəməsi davam etdirilir.

Gununsesi.info xəbər verir ki, tarix elmləri doktoru, professor, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli də  “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin məhkəməsində iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib. Məhz onun da bu prosesdə iştirakı gözlənilir.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə
səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət
işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

****

Qeyd edək ki, artıq məhkəmə prosesi başlayıb.

Gülnaz Qənbərli
Gununsesi.info