Cahangir Hacıyevin “Nardaran işi”nə gətirilməsi tələb olundu

  • By admin
  • 18 Noyabr 2016 14:27

cahangir haciyev

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran hadisələri”nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin şahid qismində dindirilməsi istənilib.

Vəkil Yalçın İmanov vəsatət verərək bildirib ki, təqsirləndirilən Abbas Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən sabiq bankir C.Hacıyevlə eyni kamerada olub. Vəkil qeyd edib ki, C.Hacıyev müdafiəçisi olduğu A.Hüseynova verilən işgəncələrin şahidi olub. Bu səbəbdən C.Hacıyev prosesə gələrək bu barədə ifadə verməsini istəyib.

Məhkəmə kollegiyası vəsatəti baxılmamış saxlayaraq müzakirə olunacağını bildirib. Prosesdə fasilə elan olunub.

Gununsesi.info