Cahit Bağçı Azərbaycana təşəkkür etdi - FOTO

  • By admin
  • 21 Mart 2023 11:21

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.

Bu barədə türkiyəli diplomat “Twitter” hesabında yazıb:

“Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Avropa İttifaqı Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə göndərən Azərbaycana təşəkkür edirəm”.

O, həmçinin bütün yardım göstərən ölkələrə təşəkkürünü bildirib.

Gununsesi.info