Cahit Bağçı: Şuşa Bəyannaməsi düşmənın ürəyinə sancılan oxdur

  • By admin
  • 18 Mart 2024 15:32

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı martın 18-də Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə Abşeron Mədəniyyət evində keçirilən tədbirdə deyib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci ildə Şuşa şəhərində iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi imzalanıb: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır. Bu sənəd düşmənın ürəyinə sancılan oxdur”.

C.Bağçı vurğulayıb ki, Ankara Bakı ilə sarsılmaz qardaşlığını, həmrəyliyini, güclü müttəfiqlik münasibətlərini və əməkdaşlığını gələcəkdə daha da inkişaf etdirəcək: “Biz bunları tariximizdən miras olaraq almşıq. Bu əməkldaşlığı prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyində heç bir maneə tanımadan davam etdirəcəyik”.

 

Gununsesi.info