Ünlü reklamçı Alinur Velidedeoğlunun Türkiyəli aktyorlar-dizi oyunçuları üçün söylədiyi fikirlərə təpkilər yağmaqda davam edir.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, ünlü reklamçı bir qəzetə verdiyi açıqlamasında Türk oyunçular üçün “Bizim oyunçular “Hollywood”dakıların əlinə su tökə bilməzlər”- deyib.
“Adamlar bu işi bilir, bizimkilər isə disiplinsiz, tənbəldir, iki-üç dənə də duygudan başqa (qızmaq, bağırmaq, gülümsəmək), heç bir şey edə bildikləri yox“-deyə, o, sonra sözlərinə əlavə edib.
Onun bu açıqlamasına isə ünlü sənətçi Oktay Kaynarca Twitter hesabından sərt cavab verib.
Kaynarca ilk öncə Velidedeoğlunun sözlərinə sərt etiraz edib, sonra onun reklamçılığını bu sözlərlə məzəmmətləyib:
“Bu məmləkətin televizyonlarında gedən reklamlara baxdığınızda, o, məmləkətə nələr edilməsi istəndiyini, zəkasını nə səviyyədə tutmaq istədiklərini görürsünüz əslində…”
“Yəni, illərlə bu abilər bu məmləkətin insanının zəkasını xor görüb, ağıllarına nə gəldisə, reklam adı altında dünyanın da paralarını ciblərinə qoyaraq, heç bir ilərləmə kaydetmədən qocaman kampanyalar yapıb, çox önəmli şeylər edən üstün zəkalı insanlar olaraq, şişinə- şişinə, snop- snop gəzib yaşadılar”-deyə, o, daha sonra əlavə edib.
KAMİL
Gununsesi.info