Azərbaycanda karantin sərtləşdirilməyəcək – Təyyar Eyvazov

Koronavirusla bağlı 2 ildən çoxdur təcrübəyə malikik.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, pandemiyanın ilk vaxtlarında virusla mübarizə üsulları bəlli deyildi:

“O dövrdə virus daha ağır idi. Virusla mübarizə üsulları aşkarlanmamışdı. Ona görə də sərt tədbirlərə gedilirdi.  Çünki xəstəxanalar yüklənirdi. Amma hazırda bu cür sərt tədbirlərin görülməsinə ehtiyac yoxdur. Sadəcə müvafiq qurumlar maska taxılmasını, sosial məsafə gözlənilməsini tövsiyə edirlər. Amma ümumilikdə sərt karantin tədbirlərinin tətbiq ediləcəyini gözləmirəm”.

Gununsesi.info