“Biz hələ 3 il öncə sizinlə görüşmüşdük. O zaman da xeyli müzakirələrimiz olmuşdu, bir sıra məsələlər qaldırılmışdı. Onlardan bəziləri də ötən müddətdə həllini tapdı, həll olundu, bəzi məsələlər isə qaldı. Biz çalışacağıq ki, qalan məsələlər də öz həllini tapsın“.
Gununsesi. info xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sentyabrın 22-də parlamentdə Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələri ilə sözgedən komitənin üzvlərinin Əlilliyi olan gənclərin Beynəlxalq Festivalının-“Şərq nağılı” Festivalının qonaqları ilə görüşündə deyib.
H. Rəcəbli bildirib ki, əlilliyi olan gənclərin beynəlxalq festivalının da Azıərbaycanda keçirilməsi çox əlamətdar hadisədir və bunun özü bir daha onu göstərir ki, əllillərin, əlillyi olan şəxslərin sosial müdafiəsi, onların hüquqlarının dövlət səviyyəsində təmin edilməsi necə yüksək səviyyədərir. Komitə sədri bununla bağlı qanunvericvilik sahəsində dəciddi addımların atıldığını, zaman-zaman təkmilləşdirmələr aparıldığını söyləyib.
Parlamentin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda inklüziv təhsilə ciddi diqqət yeririldiyini bildirib. O, xüsusulə, Heydər Əliyev Fondunun bu istiqamətdə böyük xidmətlər göstərdiyini, bir sıra uğurlara, önəmli layihələrə imza atıldığını söyləyib. Komitə sədri sonra əlillərlə, onların sosial müdafiəsi ilə bağlı qanunların qəbulu və təkmillləşdirilməsi prosesində də xeyli addımlar atılıdığını vurğulayıb.
Parlamenti Gənclər və idman komitəsinin sədri Fuad Muradov da öz növbəsində Azərbaycanda qanunların Avropa standartlarına və normalarına cavab verdiyini, eyni zamanda, əlillərlə bağlı ən mütərəqqi qanunların qəbul edildiyini, onların uğurla icra olunduğunu söyləyib. Komitə sədri bununla yanaşı deyib ki, əlillərin, əlilliyi olan şəxslərin cəmiyyətə inteqarasiyası, cəmiyyət həyatında aktivə iştiraka cəlb olunması istiqamətində bir sıra vacib addılmar atılır və bu məsələ daim diqqət mərkəzində saxlanılır.
Millət vəkili Çingiz Qənizadə isə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib: “Həyat yerində dayanmır və buna uyğun olaraq qanunverciliyimiz də zaman-zaman dəyişdirilir, təkmilləşdirilir. Bu, həm də əlillərlə bağlı qanunverciliyimizə aiddir”.
Kamil Həmzəoğlu
Gununsesi.info