Canəli Əkbərov: “Prezidentim mənə hörmət edir, Yol Polisi İdarəsi niyə etməsin ki?”

  • By admin
  • 20 Dekabr 2016 15:38

caneli

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Xalq artisti Canəli Əkbərovu cərimələyib.
Gununsesi.info aznews.az-a istinadən xəbər verir ki, bu barədə Xalq artistin özü məlumat verib. Sənətkarın bildirdiyinə görə, o, Musiqi Teatrında Xalq artsiti Nəsibə Zeynalovanın yubileyi münasibəti ilə düzənlənən tədbirdən çıxanda “Toyota-Prado” markalı, 90 -FZ- 171 dövlət nömrə nişanlı avtomobilini görməyib:
“Mindim taksiyə, gəldim idarəyə. Məni Vaqif müəllim qarşıladı. Gərək aparmayaydılar. Daha onlarla dalaşası deyildim ki?! Çünki mənim dövlətim, prezidentim mənə hörmət edir. Avtomobilin orada 5 dəqiqə qalması nə böyük ziyan gətirərdi ki, götürüb aparıblar. Elə tədbirlərdə maşını cibimə qoyub aparası deyiləm ki?! O boyda maşın cibimə sığışmaz,axı?!”.
C.Əkbərov qeyd edib ki, sözü gedən dayanacaqda saxlanılan avtomobillərin sayı çox olub:

“Elə tək mənim maşınımı aparıblar. Camaatdan 100 manat alırlar, məndən isə 20 manat. Bizə dövlət hörmət edirsə, Yol Polisi İdarəsi niyə etməsin ki?!”.

Gununsesi.info