Can Azərbaycanın kədəri kədərimizdir - Mövlud Çavuşoğlu

“32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda törədilən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq”.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı “X” hesabında yazdığı başsağlığında bildirib.

 

“Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, – o qeyd edib.

 

 

 

Gununsesi.info