Çanaqqala körpüsünün açılışı təxirə salındı

  • By admin
  • 20 Fevral 2022 16:03

1915 Çanaqqala körpüsünün açılış mərasiminin keçiriləcəyi tarix dəyişib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan körpünün açılış mərasiminin planlaşdırıldığı kimi, 26 fevralda deyil, 18 martda keçiriləcəyini bildirib.

HTML tutorial

Türkiyə Prezidenti vətəndaşların istəyi ilə belə bir qərar qəbul edildiyinin açıqlayıb: “Planlaşdırdığımızdan 1 il əvvəl inşasını tamamladığımız, tezliklə xalqımızın xidmətinə vermək üçün 26 fevralda açmağı hesab etdiyimiz 1915 Çanaqqala körpüsünün açılış mərasimini vətəndaşlarımızın istəyi ilə Çanaqqala zəfərinin ildönümündə – 18 martda keçirməyi qərara aldıq”.

Qeyd edək ki, 1915 Çanaqqala körpüsünün təməli 18 mart 2017-ci il tarixində Lapsekidə qoyulub. Uzunluğu 3869 metr olan bu asma körpünün qüllələri arasında məsafə Cümhuriyyətin 100 illiyinə uyğun 2023 metrdir. Hündürlüyü 318 metr olan körpünün eni 45,06 metrdir. Dardanel boğazı üzərindəki ilk asma körpü olan 1915 Çanaqqala körpüsü ümumilikdə Mərmərə bölgəsində 5-ci asma körpüdür.

 

 

Gununsesi.info