Canavar Şəki sakininə hücum edib - O, QUZUNU VƏHŞİ HEYVANIN ƏLİNDƏN ALMAQ İSTƏYİB

  • By admin
  • 21 Aprel 2017 09:04

canavar

Şəkidə 28 yaşlı kişiyə canavar hücum edib.

Gununsesi.info xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, aprelin 20-də saat 21.00 radələrində rayonun Qudula kənd sakini, 1989-cu il təvəllüdlü Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Ona yaşadığı kəndin yaxınlığında canavarın hücum edib. Bəhram Seyidova xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidov bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib.

Gununsesi.info