
Qubada yağan güclü qardan sonra ac qalan canavar sürüsü Xınalıq kəndinə girib.
Gununsesi.org-un verdiyi məlumata görə, kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.
Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.
Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.
Gununsesi.org