Canavarlar kəndə hücum çəkib qoyunları parçaladı - GÖYÇAYDA DƏHŞƏTLİ HADİSƏ

  • By admin
  • 16 Sentyabr 2019 22:50

Göyçayda canavarlar kəndə hücum çəkib.

Gununsesi.org xəbər verir ki, hadisə Yekəxana kəndində baş verib.

HTML tutorial

Belə ki, kəndə soxulan canavarlar, kənd sakini İbrahim Hüseynovun fərdi həyətində olan tövlədə 7 baş qoyunu parçalayıb. Səsə çıxan ev sahibi vəhşi heyvanları həyətdən qova bilib. Yerli baytar həkim tərəfindən yaralı qoyunlara yardım göstərilərək ərazidə dezinfeksiya işləri aparılıb.

Xatırladaq ki, ötən ay kəndə hücüm edən yırtıcılar digər kənd sakini Tamerlan Məmmədovun həyətində girərək qoyunları parçalamışdı.

 

Gununsesi.org