İctimai Televiziyada yayımlanan və ən çox izlənilən verilişlərdən olan “3D”-də maraqlı anlar yaşanıb.
Gununsesi.org xəbər verir ki, verilişin aparıcısı Dadaş Dadaşlınski Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİV DF) sədri Vüqar Səfərliyə cavab verib. O növbəti dəfə Vüqar Səfərlini efirə dəvət edib və canlı yayıma çıxmağa hazır olduğunu deyib: “Vüqar müəllim, buyurun, gəlin. Mən canlı yayım etməyə hazıram. Əgər sizin də cavablarınız varsa, buyurun gəlin” .
Xatırladaq ki, Vüqar Səfərli bu barədə mətbuata açıqlamasında deyib: “Əvvəla, onlar məni cəmi 1 dəfə həmin verilişə dəvət etmişdilər. Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.