TV kanalında yayımlanan “Bizimləsən” verilişi növbəti bir qalmaqalla yadda qalıb.
Gununsesi.org xəbər verir ki, kanalda yayımlanan “Bizimləsən” verilişinə gələn ana oğlunun 2 gündür evə gəlmədiyini deyib. Bundan başqa oğlu Anarın 3 uşaq anası olan Günay adlı xanımla sevgili olduğunu deyərək, buna heç vaxt razı olmayacağını beyib: “Oğlum 2 gündür yoxdur, sən hardasan? Harda qalırsan? 3 il yarımdır sən o qızla sevgilisən”.
Sən bilirsən ki, Günay 3 uşaq anasıdır. Mən səni heç vaxt ac qurdlara yem etmərəm”.
Ana həmçinin iddia edib ki, Günay bar qızıdır və onunla oğlunun ailə qurmasına heç vaxt razı olmayacaq.
Verilişə gələn Ramin isə anasının dediklərinin qarşılığında susub.