Canlı yayımda sinəsi açılan Səidə daha aparıcılıq etməyəcək

Canlı yayımda sinəsi açılan Səidə daha aparıcılıq etməyəcək

seide

 

Müğənni Səidə Sultan bir daha aparıcılıq etməyəcəyini deyib.

Gununsesi.i publika.az-a istinadən xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə yaşanan hadisələrdən, xüsusi ilə canlı yayımda dekoltesi aşağı düşüb və sinəsi göründükdən sonra aparıcılığa son qoyduğunu deyib:

“Baş verənlər mənə çox pis təsir etdi. Məni sevməyən insanlar bu məsələni çox şişirtdilər. Yüksək reytinq yığmağımıza baxmayaraq, həmin insanlar verilişin bağlanması üçün hər yerə müraciət etdilər və sonda istəklərinə nail oldular. Əslində, bu hadisə hər aparıcının başına gələ bilərdi. Ümumiyyətlə, canlı yayımda gözlənilməzliklərə hazır olmaq lazımdır. Qərar verdim ki, daha aparıcılıq etməyim. Mənim işim oxumaqdır, başqa sahədə özümü sınamaq istəmirəm”.

COMMENTS