Canlı yayımda söyüş söyən şəxs həbs edildi

  • Müəllif: Firuzə
  • 24 Avqust 2026 23:18

“TikTok” sosial şəbəkəsində söyüş söyən şəxs həbs edilib.

Gununsesi.info  “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1977-ci ildə Yevlax şəhərində doğulmuş Həsənov Elnur Rəşid barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi protokol tərtib olunub.

O, “TikTok” sosial şəbəkəsində özünə məxsus “Sidoy” adlı hesabdan canlı yayın açaraq çoxsaylı izləyici qarşısında təhqiredici və nalayiq ifadələr işlədib.

Məhkəmənin hökümü ilə Elnur Həsənov İXM-nin 510.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 17 gün müddətinə inzibati qaydada həbs edilib.

Gununsesi.info