Çantada “beşbarmaq” və dəyənək aşkar edildi

  • By admin
  • 18 Avqust 2016 11:08

besbarmaq

Antalya-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmaq” və dəyənəyin təsvirləri görünüb.

Gununsesi.info xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info