Çantadan 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkarlandı

  • By admin
  • 01 Sentyabr 2016 14:50

besbarmaq

Dalaman-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info