
Bu gün Bakıda “E-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb. O vurğulayıb ki, “E-köşk” platforması vasitəsilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər”.
İcraçı direktorun sözlərinə görə, 6 gündəlik, 10 həftəlik qəzetdə əsaslı dəyişiklik özünü göstərir: “Qəzetlərin əksəriyyəti artıq tam fərqli formada nəşr olunur. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub”.
Günay
Gununsesi.info