CAR-da daşqınlar nəticəsində 6 nəfər ölüb

  • By admin
  • 09 Yanvar 2022 22:00

Cənubi Afrika Respublikasının cənubunda daşqın nəticəsində ən azı altı nəfər, o cümlədən polis dalğıc bölməsinin üzvü həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “SABC” radiostansiyası Şərqi Keyp əyalətinin administrasiyasının rəhbəri Oskar Mabuyana istinadən məlumat verib.

Mabuyan bölgədə yağan güclü yağışla bağlı əhalini daha diqqətli olmağa çağırıb.

Yanvarın 8-də İst-London şəhəri və ətrafına güclü yağış yağıb. Nəticədə bir neçə şəhər su altında qalıb. Yüzlərlə ev dağılıb.

 

 

Gununsesi.info