Cənubi Afrika Respublikanın (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane Azərbaycana rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyi mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, çərçivəsində Maite Nkoana-Maşabanenin azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
CAR XİN rəhbəri həmçinin Azərbaycanın digər rəsmi şəxsləri ilə də görüşəcək.
Gülnaz Qənbərli
Gununsesi.info