Çarlz III Trampa məktub yazıb

Britaniya kralı III Çarlz siyasətçiyə qarşı sui-qəsd cəhdindən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampa məktub yazıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

“Bukingem Sarayı Kral Çarlzın seçki kampaniyası zamanı ona qarşı sui-qəsd cəhdi ilə bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampa şəxsi məktub göndərdiyini təsdiqləyib”, – deyə nəşr yazır.

Monarxın məktubu keçmiş Amerika liderinə iyulun 14-də Böyük Britaniyanın ABŞ-dakı səfirliyi vasitəsilə çatdırılıb. Bukingem Sarayı məktubun dəqiq məzmununu açıqlamayıb.

Nəşr qeyd edib ki, III Çarlzın mesajı Böyük Britaniyanın baş naziri Key Starmerin sui-qəsd cəhdi ilə bağlı söylədiyi sözlərlə oxşar ola bilər. Eks-prezidentlə söhbət zamanı yeni hökumət başçısı zorakılığı pisləyib, başsağlığı verib, həmçinin Trampa və digər zərərçəkənlərə tezliklə sağalmalarını arzulayıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidentinin həyatına sui-qəsd iyulun 13-də axşam saatlarında məlum olub.

 

 

Günay

Gununsesi.info