Castin Biberin üzünün dəyişməsi pərəstişkarlarını narahat edir

  • By Admin2
  • 08 Fevral 2025 15:00

Qremmi mükafatlı müğənni Castin Biber uzun müddətdir ki, tənha həyat sürür. Bir neçə ay əvvəl ata olan Biber son görünüşü ilə pərəstişkarlarını narahat edib. İddialara görə, müğənni Heyli Biberlə evliliyində müəyyən problemlər yaşayır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Castin Biber və model Heyli Bolduin Biber 2018-ci ildə evlənib. Keçən may ayında ilk körpələrini gözlədiklərini açıqlayan məşhur cütlük avqustda dünyaya gəlib. Heyli Bolduin Biber Los-Ancelesdəki xəstəxanada oğlan uşağı dünyaya gətirib.

Məşhur cütlük övladına Cek Blyuz adını verib.

Hazırda tənha həyat sürən və susqunluğunu davam etdirən 30 yaşlı Biberin son vaxtlar məkandan çıxarkən fotosu kameralara tuş gələrək gündəmə gəlib. Kədərli və məzlum görünüşü ilə pərəstişkarlarını narahat edən ulduzun evliliyində problemlər yaşadığı iddia edilib.