Castinlə barışan Selena ilk dəfə açıqlama verdi - "XOŞBƏXTƏM"

  • By admin
  • 03 Dekabr 2017 20:40

Amerikalı müğənni-aktrisa Selena Qomez kanadalı ifaçı Castin Biberlə barışdıqdan sonra ilk dəfə danışıb. 

Gununsesi.info xəbər verir ki, müğənni jurnallardan birinə müsahibəsində Castinə qayıtmaqla doğru qərar verdiyini deyib:

“25 yaşındayam. 18 və ya 19 yaşım yoxdur. Düşünürəm ki, artıq düzgün qərarlar verə bilirəm. Həyatıma böyük təsiri olan insanları sevirəm. Castin də onlardan biridir. Mən onunla böyüdüm və onu yenidən yanımda gördüyüm üçün xoşbəxtəm”.

Selena “The Weekend”lə 10 aylıq münasibətini bitirməsi haqda bunları deyib:

“Onunla çox gözəl şeylər yaşadım. Münasibətimizi iki dost kimi bitirdik”.

Gununsesi.info