“Rus casusu” ləqəbli Hvaldimir adlı balina Norveç sahillərində ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.
Norveçdə məşhur olan və bir neçə il əvvəl Rusiyaya casusluqda ittiham edilən Hvaldımir adlı ağ balinanın cəsədində güllə yaraları aşkar edilib, bunu “OneWhale” heyvanları qoruma təşkilatı bildirib.
Hvaldimirin cəsədini dəniz bioloqu və Marine Mind təşkilatının yaradıcısı Sebastian Strand tapıb. Marine Mind balinanın hərəkətlərini izləyib.
“OneWhale” və NOAH təşkilatları Norveç polisindən araşdırma aparılmasını tələb edərək ərizə təqdim ediblər. Ərizədə güllə yaralarının mövcudluğunu baytarlar, bioloqlar və ballistika üzrə mütəxəssislərin təsdiqlədiyi qeyd edilib.
Hvaldimirin yaşı 15-20 il qiymətləndirilir ki, bu da 40-60 il yaşaya bilən beluga balinaları üçün nisbətən gəncdir. Balinanın cəsədi otoplanması üçün Norveç Baytarlıq İnstitutuna aparılıb. Onun ölümünün səbəblərini müəyyən etmək üç həftəyə qədər çəkə bilər.
Gununsesi.info