
Bu səhər yuxudan oyananda içimdə qəribə bir hiss baş qaldırdı. Bu, nifrət, qəzəb, qisas hissi idi. Axı, Xocalı Soyqırımının 25-ci ildönümü idi. Lənətlənmiş ermənilər 25 il öncə Xocalı adlı bir şəhərimizi tamamilə yerlə-yeksan etdilər, yandırdılar, dinc sakinlərə qarşı əsl soyqırım torətdilər. Xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklər etdilər. Soyqırım zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. Onlar diri-diri yandırıldı, başları kəsildi, qafalarının dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edildi. İstədim bu gün ermənilərin üzünə qarşı deyim ki, 25 il əvvəl görün nələr etmisiniz, siz insan deyilsinizmi, bu etdikləriniz insanlığa sığışırmı?! İstədim yadlarına salım ki, 1992-ci ilin bu günündə günahsız insanları qəddarcasına öldürüb, şəhəri tamamilə yerlə yeksan edibsiniz, bu gün isə Xalqım ağlayır, matəm içindədir, Xocalını, şəhidlərini ağlayıb, yas saxlayırlar.
Kədərimiz isə təsvir edilməzdi. Niyə xalqımı, vətənimi bu günə qoydunuz?!. Nədir axı bizim günahımız?! Mən onlara dəfələrlə məktub yazmışam, bir Azərbaycan vətəndaşı kimi etirazımı, nifrətimi bildirmişəm, amma nədənsə, cavab almamışam. Bəlkə cürətləri çatıb cavab verməyiblər, bəlkə utandıqlarından susublar, yaxud sadəcə qulaq ardısına vurublar? Bir də ki, ermənilərdə utanan sifət varmı? Susurlar, bəlkə də deməyə söz tapmırlar? Susurlarsa, deməli suçlarını boyunlarına alırlar. Axı, biz sadəcə öz Qarabağımızı, İrəvanımızı istəyirik. Biz Ədalət istəyirik!. Cinayətkar cəzasını çəkməlidir. Ermənilər isə əsl cinayətkardır. Məktubumu yazdım, göndərdim, məktubu bitirəndən sonra, sonda yazdım: Dərin nifrətlə Azərbaycan xalqı. Mən, əmin deyiləm ki, mənə cavab verəcəklər, yenə həmişəki kimi, ittihamlarım, tənqidlərim cavabsız qalacaq. Məktubu oxuyub özlərinə bəraət qazandırıb, heç bir fikir bildirməmək erməni kimi alçaq millətə, xas olan bir xüsusiyyətdir. 25 ildi dözən xalq bu gün yenə dözüb ədalətin zəfər çaldığı günü səbirsizliklə gözləyir. Bundan o tərəfə yol yoxdur. Artıq sözün, səbrin tükəndiyi, bitdiyi yerdir.
Başın daha sağ olmasın, Vətən! Daha bəsdir dözdük.
O günahsız insanların ruhları rahatlıq tapmır, onlar qisas istəyir, onların ruhu yenidən Xocalıya getmək istəyir, onların ruhları göynəyir. Biz o günahsız insanların qisasını mütləq almalıyıq, çünki bu bizim borcumuzdur. O borc ki, 25 ildi onlara qaytara bilmirik. Biz Xocalının qisasını mütləq alacağıq, çünki onsuz bizim yaşamağa haqqımız yoxdur.
Leyla Namazova