Cavad Cavadova da təzyiqlər var?

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının iyulun 6-sı keçirilən iclasında tanınmış vəkil Elçin Sadıqov və daha 2 nəfərin vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət ediləcəyi açıqlanıb.

Toplum TV-nin ötəngünkü efirində vəkil Elçin Sadıqovun Kollegiyadan kənarlaşdırılması ilə bağlı müzakirələr zamanı digər vəkillər Cavad Cavadov və Şəhla Hümbətovaya da təzyiqlərin olduğu vurğulanıb. İddia olunub ki, sözügedən digər iki vəkil C.Cavadov və Ş.Hümbətovadır.

Məsələ ilə bağlı Cavad Cavadov Gununsesi.info-ya açıqlama verib. Vəkil bildirib ki, onun Vəkillər Kollegiyasının rəhbərliyi ilə heç bir problemi yoxdur:

“Bizim qarşılıqlı hörmət əsasında yaxşı münasibətlərimiz var və mənə qarşı vəkillik fəaliyyətimlə bağlı heç bir təzyiq yoxdur”.