Cavan qalmağın makiyaj hiylələri

  • By admin
  • 14 İyul 2022 19:38

Yaşınız rəqəmdən başqa heç nəyi ifadə eləmir. Və biz bunu sizə sübut edəcəyik. Cavan qalmağın yollarından bəzilərini bilirik – yatmazdan əvvəl makiyajı yumaq, küçəyə çıxmazdan əvvəl günəş kremindən istifadə etmək və qaşlara daha təbii forma vermək lazımdır. Bəs başqa hansı gözəllik sirləri cavan görünməyə kömək edir?

Gununsesi.info xəbər verir ki, Ancelina Colinin kosmetoloqu Mətin Malavizadə və dermatoloqu Ranella Hirş qocalma əlamətlərini gizlədən gözəllik hiylələrini açıqlayıb.

Açıq rəngli pomada

Ancelina Coli kimi məşhurlarla işləyən vizajist Mətin Malavizadənin sözlərinə görə, tünd çalarlar yetkin dəridə pis görünə bilər, çünki dodaqlar yaşla bağlı olaraq əvvəlki həcmini və formasını itirir. Çəhrayı və açıq rəngli dodaq boyalarını seçin, qəhvəyi və narıncı tonlardan uzaq durun – dişlərinizi sarı göstərə bilər. Unutmayın ki, makiyajsız üzdə tək dodaq boyası sizi daha yaşlı göstərir.

Oftalmoloqa müraciət etməyi unutmayın

Görmə qabiliyyətimiz zəifləyibsə, daim gözümüzü qıyırıq, bu da dərin qırışlara və “qaz ayaqlarına” səbəb olur. 90% hallarda qadınlar botoks proseduru üçün yanıma gələndə onları oftalmoloqa göndərirəm, çünki onlara gözəllik inyeksiyası yox, həkimin real müalicəsi lazımdır.

Düzgün örtücüyə investisiya edin

Gözlər üçün pis örtücü qırışlarda yığıla bilər. Bundan əlavə, onu dəri rənginə uyğun seçmək vacibdir. Daha quru, yığcam bir örtücü istifadə edin. Onun tərkibində adi örtücü qədər yağ yoxdur, ona görə də daha qalıcıdır. Bundan əlavə, yaşla bağlı yaranmış ləkələri daha yaxşı gizlədir.

Böyük çərçivəli eynəklər alın

Günəşin nə qədər zərərli olduğunu bilməyən yoxdur. Ona görə də günəşdən qoruyucu sürtməklə yanaşı, özünüzü aksesuarlarla qoruyun. Boston Universiteti Tibb Fakültəsinin Dermatologiya professoru Ranella Hirş bildirib ki, nazik çərçivəli eynəkləri böyük eynəklərlə dəyişdirin, nəinki göz ətrafında, üzünüzdə qırışların yaranmasının qarşısını alacaq və makiyajsız da fotolarda həmişə gözəl görünəcəksiniz. Şlyapa taxmağı da unutmayın, elə indi 5 dollarlıq fedora alsanız, gözəllik prosedurları üçün lazım olan minlərlə dollar cibinizdə qalacaq. Yüngül şərf də dekolte bölgəsində erkən yaş ləkələrinin yaranmasının qarşısını alacaq.

Gözlərinizə yalnız yumşaq qələm və ya kölgə çəkin

İllərdir maye göz layneri istifadə edirsinizsə və ya heç vaxt gözlərinizi vurğulamamısınızsa, göz qələmini sınamağın vaxtıdır. Sadəcə onu yaymağı unutmayın. Bu, gözləri maye laynerdən daha çox böyütməyə kömək edəcək. Göz qapağının künclərini vizual olaraq qaldırmaq üçün qələmlə oxun ucu yuxarıya doğru çəkib.

Ayaqları unutmayın

Ayaqqabılarınız nə qədər seksual və ya bahalı olursa olsun, quru və çatlamış dabanlar hər şeyi məhv edə bilər. Yatmazdan əvvəl kobud və ya çox quru dəri olan bölgələrə nazik bir təbəqə salisilik turşusu və bir qədər vazelin çəkin və sonra corab geyinin. Bu üsul çatların qarşısını alacaq və ayaqlarınızın dərisini yumşaq və gənc saxlamağa kömək edəcək.

Antioksidantlı günəş kremlerindən istifadə edin

Artıq bilirsiniz ki, hava proqnozundan asılı olmayaraq hər gün SPF 30 çəkmək lazımdır. Tərkibində antioksidanlar olan formula dərinin qocalmasına səbəb olan oksidləşmə prosesini də azaldır, bundan başqa belə krem ​​tez-tez təkrar tətbiq tələb etmir. Tək və ya makiyaj bazası kimi istifadə edin. Məsələn, sprey halında olan spf-ləri yayda tətbiq etmək daha asandır.

Kosmetoloqunuza kömək edin

Yatmazdan əvvəl, botoks ineksiyası etdiyiniz bölgələrə patçi maskaları qoyun. Patçilər üz əzələlərinin büzülməsinin və dərin qırışların yaranmasının qarşısını alır və həqiqətən effektiv təsir göstərir.

Retinol və vitaminli məhsullardan istifadə edin

Əksər dermatoloqlar sizə hamar, möhkəm dərinin əsas tərkib hissəsinin retinol olduğunu söyləyir. Bu, kollagen yaratmaq və qırışlarla mübarizə aparmaq üçün birnömrəli vasitədir. O, həmçinin sızanaqlardan qurtulmağa kömək edir və çapıqlardan sonra da dərini tez bərpa edir. Tərkibində A və ya C vitamini olan kosmetika axtarın. Gündəlik nəmləndirmə üçün yüngül kremdən istifadə edin.

Gununsesi.info