Cavanşir Feyziyev: “Ermənilər artıq sülh müqaviləsinin yeganə çıxış yolu olduğunu anlayırlar” - VİDEO

  • By admin
  • 07 İyun 2023 14:41

“Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümidlər böyükdür”.

Gununsesi.info xəbər verir ki, bunu  millət vəkili Cavanşir Feyziyev Türkiyənin TRT kanalına müsahibəsində bildirib.

Millət vəkili bildirib ki, Ermənistanla Azərbaycan arasında müzakirələr davam edir.

“Bu danışıqlar prosesində qalib tərəf Azərbaycandır. Ermənistanda bir arada müharibə cağırışı hökm sürürdüsə, bu gün ermənilər dərk edir ki, müharibə onları xilas edə bilməyəcək. Məhz buna görə ermənilər danışıqlar masasında oturmağa məcburdurlar. İndiki reallıq budur ki, ermənilər artıq sülh müqaviləsinin yeganə çıxış yolu olduğunu anlayırlar.”-deyə millət vəkili bildirib.

Daha ətraflı videomatrealda:

Gununsesi.info