Cavanşir Feyziyevi “Avromed”dən uzaqlaşdırdılar

  • By admin
  • 04 Noyabr 2016 13:02

cavansh

Milli Məclisini deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev “Avromed”din təsisçiliyindən imtina edib və  səhmlərini satıb.

Gununsesi.info BakuPost.az-a istinadən xəbər verir ki, millət vəkili səhmlərini satandan sonra şirkətin hüquqi statusu da dəşyişib.

Belə ki, şirkət MMC-dən Qapalı Səhmdar Cəmiyyətə çevrilib.

Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, “Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə “Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.

Gununsesi.info