Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti dayandırılıb. Yoldakı işıqlandırma dirəkləri sökülüb, ərazidə ağır texnikalar işləyir.
Gununsesi.info -nun verdiyi xəbərə görə, sosial şəbəkələrdə körpünün son vəziyyətini əks etdirən görüntü yayılıb.
Fotodan aydın olur ki, söküntü işləri sürətlə aparılır. Artıq bu gündən körpünün dəmir-beton konstruksiyalarının da sökülməsinə başlanılıb.
Körpünün hazırkı vəziyyətini əks etdirən görüntünü təqdim edirik: