Cavanşir Məmmədova bahalı üzük hədiyyə etdilər - "TƏKRARSIZ ƏL İŞİDİR"

  • By admin
  • 02 Mart 2018 22:56

Əməkdar artist Cavanşir Məmmədov “Səhər-səhər” verilişinin qonağı olub.

Gununsesi.info xəbər verir ki, müğənninin barmağındakı qırmızı qaşlı böyük üzük diqqət çəkib.

Məmmədov bildirib ki, aparıcılıq etdiyi bir məclisdə ev sahibi ona bu üzüyü hədiyyə edib:

“Qızıldır, qaşı da brilyantdır. Getdim toyu apardım, qiymət də deməmişdim. Axırda gətirib zəhməthaqqımı verdilər. Sonra nəvəsi mənə zəng vurdu ki, sizi görmək istəyirəm. Gəldi, bağlı bir qutu verdi ki, nənəm göndərib. Açdım ki, bu üzük. Zərgərə apardım, dedi, təkrarolunmaz bir işdir”.

Gununsesi.info