Cavanşir Quliyevlə bağlı son məlumat

  • By admin
  • 14 Fevral 2024 17:13

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır.

Gununsesi.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib.

“Ailə üzvləri ilə bu gün əlaqə saxladıq. Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır. Vəziyyəti getdikcə yaxşılaşır”, – o bildirib.

Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qan sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Gununsesi.info