Cavid Hüseynov “Qəbələ”yə qayıtdı

  • By admin
  • 17 Oktyabr 2016 16:30

cavid

Yenicə həbsdən azadlığa buraxılan Cavid Hüseynov futbolçu karyerasını bərpa edib.

Gununsesi.info xəbər verir ki, yarımmüdafiəçi sabiq komandası “Qəbələ” ilə anlaşıb.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Xəbərdə C.Hüseynovun klubla cari mövsümün sonuna qədər müqavilə imzaladığı bildirilib. O, sabahdan etibarən məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Hüseynovun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına da müraciət olunub.

Qeyd edək ki, Cavid Hüseynov “Qəbələ”də 40 oyun keçirib, 15 qol vurub.

Gununsesi.info